Sentyabr ayında Azərbaycanda olma qaydalarını pozmuş 580 nəfərdən çox əcnəbi ölkədən çıxarılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
"Hesabat ayında 582 əcnəbinin inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları, 2109 əcnəbinin isə Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri barədə qərar qəbul edilib", - deyə məlumatda qeyd olunur.
Sentyabr ayı ərzində 2908 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. “Onlardan 15-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 202 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb”, - deyə məlumatda qeyd olunur.*
R.Babayev