Bank VTB (Azərbaycan) manat əmanətləri üzrə faiz dərəcəsini artırıb. İndi “Sərfəli” əmanəti üzrə maksimal faiz dərəcəsi 17% təşkil edir.
Yeni şərtlərə əsasən, müştərilər 6,12 və ya 24 ay müddətinə depozit hesabı aça bilər. Faizlər aylıq və ya depozit müddətinin sonunda ödənilir. Əmanətin minimal məbləği əvvəlki kimi 100 manat təşkil edir.
Faiz dərəcəsi faizlərin ödənilməsi şərtlərindən və depozitin müddətindən asılı olaraq dəyişir. Faizlər hər ay ödənildikdə illik faiz dərəcəsi 13-15,8% təşkil edir. Vəsaitlər depozit müddətinin sonunda verildikdə faizlər 14-17% arasında dəyişir. Faiz dərəcəsinin artırılması bank VTB (Azərbaycan)-ın müştərilərinə əmanətlərini sərfəli şərtlərlə yerləşdirməyə imkan verəcək.
1 sentyabr 2016-cı il tarixinə bankın depozit portfelinin artımı ötən ilin göstəricisi ilə müqayisədə 37% təşkil edib ki, bu da rahat və əlverişli bank xidmətlərinin mövcudluğundan irəli gəlir və əmanətçilərin yüksək etibarından xəbər verir.
“Sərfəli” əmanətinin bütün şərtləri ilə bankın saytından tanış olmaq mümkündür: http://ru.vtb.az/personnel/depositspersonnel/depozit-viqodniyy.php
Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.
Tel.: (012) 492 00 80 Faks: (012) 437 71 21 E-mail: gulchin.qadirova@vtb.az www.vtb.az |
ASC VTB (Azərbaycan)
Mətbuat xidməti