Cari ilin yanvar-sentyabrında ümumi daxili məhsulun həcmi 3,9% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə ÜDM-in nominal həcmi 43 mlrd. 436,3 mln. manat təşkil edib.
9 ay ərzində ümumi daxili məhsulun 65,7%-i iqtisadiyyatın qeyri-neft sahələrində, 34,3 faizi isə neft-qaz sektorunda istehsal edil
Hesabat dövründə ÜDM-in azalması tikinti sektorunda istehsalın 32% azalması ilə şərtlənir.
Yanvar-sentyabr aylarında əhalinin hər nəfərinə 4 min 512,5 manat dəyərində ümumi daxili məhsul istehsal edilib.
Azərbaycan hökuməti 2016-cı ildə ÜDM artımını 1,8% səviyyəsində proqnozlaşdırır.
2015-ci ildə Azərbaycanda ÜDM 1,1% artıb.**
A.Əzizov