Noyabrın 1-dən etibarən Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ambulator şöbəsinin nəzdində əhali üçün tütündən imtina üzrə tibbi məsləhət kabineti və xüsusi "qaynar xətt" fəaliyyətə başlayacaq. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
“Burada tütündən asılılığı olan və ondan imtina etmək istəyən şəxslər professional tibbi yardım və psixoloji məsləhətlər alacaqlar”, - deyə məlumatda qeyd olunur.
Layihə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın müvafiq tələblərinə uyğun olaraq tətbiq olunacaq.
Sözügedən işin təkmilləşdirilməsi məqsədi ilə İSİM-in nümayəndələri oktyabr ayında Moskvada
keçiriləcək “Tütündən istifadənin dayandırılmasına yardım göstərilməsi problemləri” mövzusunda seminarda iştirak edəcəklər.*
R.Babayev