19-22 oktyabr tarixlərində Bakıda nmüxtəlif sahələrdə Xəzəryanı regionun üç iri sərgisi keçiriləcək. Bu barədə sərgilıərin təşkilatçısı “Iteca Caspian” şirkəti məlumat verir.
“22-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild 2016” sərgisində dünyanın 26 ölkəsini təmsil edən 298 şirkət iştirak edir və üç ölkə - İtaliya, İran və BƏƏ sərgidə öz milli pavilyonları ilə təmsil olunacaq. Həmçinin tədbirdə fransız şirkətləri kollektiv stendlə, Türkiyəni təmsil edən istehsalçılar isə böyük qrup şəklində iştirak edirlər. Tikinti sahəsində öz xidmətlərini təklif edən istehsalçı, distribyutor və müəssisələrdən ibarət Azərbaycan şirkətləri sərgi eksponentlərinin 50%-ni təşkil edir”, - deyə məlumatda deyilir.
Builki sərginin fərqləndirici cəhəti Azərbaycan, İtaliya, Ukrayna və digər ölkələri təmsil edən mebel şirkətlərinin fəal iştirakıdır. Bu şirkətlər sərgidə elit mebellərin geniş çeşidini nümayiş etdirəcəklər.
Qeyd olunur ki, bir çox şirkətlər stendləruində təqdim edəcəkləri yeniliklər barədə elan ediblər.
“9-cu Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji “Aquatherm Baku 2016” sərgisində Azərbaycan, Almaniya, İtaliya, Çin, Rusiya və Finlandiyanı təmsil edən 60 şirkət iştirak edəcək”, - deyə şirkətdən vurğulayıblar.
Türkiyədən olan şirkətlər isə sərgidə geniş tərkibdə iştirak edirlər.Bu il Özbəkistan və Misir şirkətlıəri sərgisə ilk dəfə iştirak edəcəklər.
“Bu illər ərzində sərgi özünü istilik, havalandırma və havanın kondisiyalaşdırması (“HVAC”) üzrə peşəkarların görüşü, yeni tərəfdaş axtarışı və sərfəli müqavilələrin bağlanması, eləcə də həm Xəzər, həm də Qafqaz regionlarının bazarlarında biznesin inkişaf etdirilməsi üçün mükəmməl platforma kimi doğruldub”, - deyə məlumatda deyilir.
“Aquatherm Baku 2016” sərgisində ventilyasiya və kanalizasiya sistemləri, hidrantlar, boru armaturları, kombi / istilik sistemləri, borular, fitinqlər, radiatorlar, suqızdırıcı qazanlar, nasoslar, nasos stansiyaları, su qızdırıcıları, eləcə də polietilen (PE), polipropilenin törəmə polimeri (PPPRC) və polivinilxlorid (PVX) məmulatlar üçün qaynaq avadanlığı, qızdırıcı qazanlar və bir çox digər məhsul təqdim olunur.
Bundan başqa, Bakıda regionda təhlükəsizlik üzrə yeganə tədbir sayılan 9-cu Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri “Securika CIPS 2016” sərgisi keçiriləcək.
“Securika CIPS 2016” regionda təhlükəsizlik üzrə yeganə beynəlxalq ixtisaslaşdırılmış sərgidir. Bu işgüzar fəaliyyət meydançasında tədbir iştirakçıları biznesin gələcək inkişafı naminə sahə mütəxəssisləri ilə qarşılıqlı faydalı əlaqələr qurmaq üçün unikal imkan əldə edirlər. Sərgi həm də bu sahənin inkişafı və mühüm strateji razılaşmaların əldə olunması üçün lazımı şərait yaradır”, - deyə təşkilatçılar qeyd edirlər.
Bu il “Securika CIPS 2016” sərgisində Azərbaycan, ABŞ, Çin, Rusiya, Türkiyə və digər ölkələrin 16 şirkət iştirak edəcək. Nümayəndələri təhlükəsizliyin təmin olunması üzrə texniki vasitələr, qapalı mühafizə televiziyası və müşahidə kameraları CCTV, qəza-xilasetmə texnikası, informasiya mühafizəsi vasitələri, smart kartlar, kimliyin müəyyən edilməsi texnologiyaları, turniketlər, girişə nəzarət sistemi və inteqrasiya olunmuş təhlükəsizlik sistemlərini nümayiş etdirəcəklər. Sərginin “Yanğın təhlükəsizliyi sistemləri” sektorunda mütəxəssislərin nəzərinə yanğın əleyhinə təhlükəsizlik sistemləri, yanğın və mühafizə siqnalizasiyaları, texniki yanğın kameraları, yanğın datçikləri və detektorları, eləcə də yanğın əleyhinə xüsusi təyinatlı avadanlıqlar və bir sıra digər məhsullar təqdim olunacaq.
Sərgidə terror aktlarının qarşısını almaq üçün hazırlanmış və istənilən nəqliyyat vasitəsini dayandırmaq iqtidarında olan “Arma Kontrol” avtomatik tumbası, partlayış zamanı alov ilə təmasdan 3 saniyə sonra yanğının qarşısını alan “Elide” “alov kürəsi”, quruda və dənizdə tətbiq edilən, habelə ənənəvi yanğınsöndürmə sistemi ilə müqayisədə kifayət qədər cüzi su sərf edən “HI-FOG” nazik su şırnaqlı yanğınsöndürmə sistemi kimi bir sıra innovativ məhsullar təqdim edilir. **
F.İsazadə