SOCAR “Günəşli” yatağında yeni quyu istismara verib. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
318 nömrəli quyu “Günəşli” yatağındakı 7 nömrəli dərin dəniz özülündən qazılıb.
Quyunun sutkalıq debiti 63 ton neft və 9000 kubmetr qaz təşkil edir.
Quyu “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.*
A.Əzizov