Dövlət Gömrük Komitəsi (DGK) 2016-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 1 mlrd. 653 mln. 909,41 min manat məbləğində vergi və rüsum köçürüb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 47,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
2016-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 1 mlrd. 90 mln. 702,92 min manat, aksizlər üzrə 75 mln. 636,46 min manat, yol vergisi üzrə 51 mln. 371,96 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 436 mln. 198,07 min manat məbləğində olub.
2016-cı ildə DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 mlrd. 810 mln. manat həcmində müəyyən edilib. **
A.Əzizov