MDB İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedev MDB çərçivəsində səmərəli qarşılıqlı fəaliyyətə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
“Müstəqil Dövlətlər Birliyi çərçivəsində səmərəli qarşılıqlı fəaliyyətə görə Sizə minnətdarlığımı və birgə səylərimizlə MDB məkanında müttəfiqlik əlaqələrinin və konstruktiv əməkdaşlığın bütün kompleksinin daha da genişlənməsini təmin edəcəyimizə əmin olduğumu bildirmək istərdim”, - deyö S.Lebedevin Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə prezident İ.Əliyevə təbrik məktubunda qeyd olunur.
MDB İcraiyyə Komitəsinin sədri bildirib ki, inkişaf və tərəqqi yolu ilə inamla irəliləyən Azərbaycan bir sıra beynəlxalq məsələlərin həllində fəal rol oynayır.*
F.İsazadə