2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 32 mlrd. 762,5 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Yanvar-avqust aylarında Azərbaycanda orta illik inflyasiya 11,2% təşkil edib.
Cari ilin yanvar-sentyabr aylarında əhalinin pul gəlirlərinin 78,6%-i son istehlaka, 9,2%-i vergi ödənişinə, 2,6%-i kreditlər üzrə faiz borcunun ödənilməsinə, 9,6%-i yığıma yönəldilib.
Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 29 mlrd. 735,4 mln. manat qalır ki, bu da ötən ilin 9 ayının göstəricisindən 8,9% çoxdur.
2015-ci ildə əhalinin nominal pul gəlirləri 5,7% artıb.**
A.Əzizov