2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 10 mlrd. 268,7 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 30,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına əsasən, yanvar-sentyabr aylarında kapital qoyuluşlarının ümumi həcmindən 8 mlrd. 236,9 mln. manat (bütün investisiyaların 80,2%-i) istehsalat təyinatlı obyektlərin, 1 mlrd. 591,5 mln. manat (bütün investisiyaların 15,5%-i) xidmət obyektlərinin, 440,3 mln. manat yaşayış sahələrinin inşasına (bütün investisiyaların 4,3%-i) yönəldilib.
Hesabat dövrü ərzində 6 mlrd. 253,6 mln. manat (bütün investisiyaların 60,9%-i) xarici investisiyaların, 4 mlrd. 15,1 mln. manat (bütün investisiyaların 39,1%-i) daxili investisiyaların payına düşüb.
Yanvar-sentyabr aylarında əsas kapitala dövlət investisiyalarının həcmi 3 mlrd. 39,5 mln. manat (bütün investisiyaların 29,6%-i), özəl investisiyaların həcmi 7 mlrd. 229,2 mln. manat (bütün investisiyaların 70,4%-i) təşkil edib.
Hesabat dövründə tikinti-quraşdırma işlərinə kapital qoyuluşları 7 mlrd. 311,3 mln. manat və ya bütün kapital qoyuluşlarının 71,2%-ni təşkil edib.*
A.Əzizov