Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 18-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,5969 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Oktyabrın 18-nə manatın avroya nisbətən rəsmi məzənnəsi oktyabrın 17-də qeydə alınmış 1,7543 manat/1EUR səviyyəsinə qarşı 1,7592 manat/1EUR səviyyəsində müəyyənləşdirilib. Bununla da manat avroya nisbətən 0,2793% ucuzlaşıb.
AMB oktyabrın 18-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini oktyabrın 17-nə olan 0,0253 manat/1RUR səviyyəsinə qarşı 0,0254 manat/1RUR səviyyəsində müəyyən edib. Beləliklə, manat rubla nisbətən 0,3952% ucuzlaşıb.*
A.Əzizov