ARDNŞ (SOCAR) gələcəkdə birgə müəssisələrinin Bakı Fond Birjasında səhm satışı imkanlarını müzakirə edir. Bunu SOCAR prezidenti Rövnəq Abdullayev mətbuat konfransında deyib.
“Söhbət nəzarət paketlərinin satışından deyil, səhmin bir hissəsinin satışından gedir. Əsas məqsəd - investisiya yatırmaq məqsədilə vətəndaşara əlavə maliyyə alətlərinin verilməsidir”, - deyə R.Abdullayev bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar şirkət BFB ilə danışıqlar aparır.
Bununla yanaşı, R.Abdullayev qeyd edib ki, şirkətin IPO keçirməyə dair planları yoxdur. **
A.Axundov