Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Praqada səfərdədir.
“Z.Həsənov "Gələcək Qüvvələr Forumu 2016"da iştirak etmək üçün oktyabrın 17-də Çexiyaya gedib”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Səfər Çexiya Respublikasının müdafiə naziri Martin Stropnitskinin dəvəti ilə baş tutub.
Forumda silahlı qüvvələrdəki ən son yeniliklər, müdafiə və təhlükəsizlik sahəsindəki elmi fəaliyyət və sənaye məsələləri nəzərdən keçiriləcək, həmçinin beynəlxalq sülhməramlı əməliyyatlarda əməkdaşlıq və digər fəaliyyətlər müzakirə ediləcək.
Tədbir çərçivəsində müdafiə naziri çexiyalı həmkarı və digər rəsmi şəxslərlə görüşlər keçirəcək.*
F.İsazadə