Oktyabrın 17-də Azərbaycan ərazisində baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 8 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 67 cinayət faktı qeydə alınıb, onların 31-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 77 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.**
R.Babayev