Dünya Bankı istehlakçıların hüquqlarının müdafiəsi sahəsində Azərbaycanla dialoqun davam etdirilməsini məqsədəuyğun hesab edir. Bu barədə Dünya Bankının maliyyə sektoru üzrə baş mütəxəssis Anjela Priqojina Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı ilə görüşdə bəyan edib.
“R.Aslanlı Dünya Bankının İstehlakçıların Müdafiəsi və Maliyyə Savadlılığı üzrə Texniki Yardım Missiyası ilə görüş zamanı əistehlakçıların hüquqlarının müdafiəsi, müraciətlərə baxılması, eləcə də maliyyə savadlılığının artırılması ilə bağlı bilik və potensialın gücləndirilməsi tədbirlərinin təşkilinin Palata üçün maraqlı olduğunu bildirib”, - deyə məlumatda deyilir.
Görüşdə həmçinin istehlakçıların hüquqlarının müdafiəsi üzrə hüquqi, tənzimləyici və nəzarətlə bağlı islahatlar gündəliyi üzrə fəaliyyət planı müzakirə olunub. **
A.Axundov