Xarici işlər naziriElmar Məmmədyarov və Maldiv Respublikasının xarici işlər naziri Məhəmməd Asim iki ölkə arasında siyasi, iqtisadi və turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş Daşkənddə İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 43-cü iclası çərçivəsində baş tutub.
“Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığa toxunan tərəflər seçkili orqanlarda namizədliklərin dəstəklənməsinə dair fikir mübadiləsi aparıblar. İƏT-in Xarici Işlər Nazirləri Şurasının gündəliyi və qarşılıqlı maraq doğuran regional məsələlər barədə də söhbət açılıb”, - deyə məlumatda qeyd olunur.*
R.Babayev