Rəsmi London Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir. Bu barədə Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan bəyan edib.
“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı ATƏT-in Minsk qrupunun səylərini, Azərbaycan və onun qonşularının sülh və firavan gələcəyini dəstəkləyirik”, - deyə A.Dunkan Britaniyanın Bakıdakı səfirliyinin Facebook səhifəsində Azərbaycanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə təbrikdə qeyd edib.
“Böyük Britaniya Azərbaycanla strateji və yaxın əməkdaşlıq münasibətlərindən məmnundur. Biz Azərbaycanın ən böyük xarici investoruyuq və Azərbaycanın demokratik inkişaf, təhlükəsizlik və rifahını dəstəkləməkdə sadiqik”, - deyə A.Dunkan bildirib.
O, Londonun Bakı ilə ikitərəfli iqtisadi və mədəni əlaqələr gücləndirilmısi istiqamətində əməkdaşlığı davam etməyə hazır olduğunu bildirib. **
R.Babayev