Vergilər Nazirliyi “CMS Properties” MMC-ni qeydiyyata alıb. Şirkətin nizamnamə kapitalı 23 mln. manat təşkil edir. Bu barədə nazirlikdən məlumat verilib.
“2016-cı ilin iyun ayında Vergilər Nazirliyi “CMS Properties” MMC-ni qeydiyyata alıb. Şirkətin nizamnamə kapitalı 23 mln. manatdır. Şirkətin rəsmi nümayəndəsi Vüqar Ramazanovdur”, - deyə məlumatda deyilir.
Bununla belə, nazirlik şirkətin təsisçiləri və fəaliyyət növü barədə məlumat vermir. **
A.Əzizov