İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Dəmavənd” və “Covşan” hərbi gəmilri Bakı buxtasına yan alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Jurnalistlər qarşısında çıxış edən Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının müavini Natiq Bağırov bildirib ki, bu, İran gəmilərinin sülh və dostluq səfəridir.
“Bu, sülh və dostluq səfəridir. Səfər çərçivəsində Azərbaycanın Hərbi Dəniz Qüvvələri komandanı və bir sıra digər görüşlər olacaq”, - deyə N.Bağırov vurğulayıb.
Xəbər verildiyi kimi, İran gəmilərinin Bakıya səfəri oktyabrın 21-dək davam edəcək. **
F.İsazadə