2016-cı ilin aprel ayından etibarən İqtisadiyyat Nazirliyi 787 mln. manat ümumi məbləğdə layihələrə investisiya təşviqi sənədi verib. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev çərşənbə günü “Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar” mövzusunda konfransda bildirib.
“Sahibkarların 62 layihəsi üzrə bu cür sənədlər verilib. Hazırda nazirlik tərəfindən həmçinin 55 mln. manat məbləğində 9 investisiya layihəısinə baxılır”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, bu layihələrin icrası 5 mindən artıq yeni iş yerinin açılmasına imkan yaradacaq.
Ş.Mustafayev həmçinin vurğulayıb ki, İxracatçılar Klubuna 50-ə yaxın ixracatçı daxildir və sahibkarları bu kluba üzv olmağa çağırdı. “O cümlədən Azərbaycanda meyvə və tərəvəz, nar, meyvə şirələri, fındıq ixracatçılarının assosiasiyaları fəaliyyət göstərir. 2016-cı ildə 10 bu cür assosiasiya yaradııb”, - deyə o bildirib. **
A.Axundov