İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumu Azərbaycanla bağlı hesabatı təsdiq edib. Bu barədə Vergilər Nazirliyinin məlumatında deyilir.
Bu günlərdə Parisdə OECD-nin Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumunun Qiymətləndirmə Qrupunun 24-cü iclası keçirilib. İclasda Azərbaycan üzrə ölkə hesabatı təsdiq edilib”, - deyə məlumatda bildirilir.
Ölkə hesabatı oktyabr ayının sonlarında Qlobal Forum tərəfindən nəşr olunacaq.
Nazirliyin məlumatına görə, 2015-ci ildə Azərbaycan üzrə qiymətləndirmənin 1-ci mərhələsinə yekun vurulub və həmin ilin dekabr ayında 2-ci mərhələ başlayıb.*
A.Əzizov