Oktyabrın 19-da Azərbaycan Tibb Universiteti (ATU) və Dağıstan Dövlət Tibb Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Bu barədə ATU-nun mətbuat xidmətindən məlumat verilib.
Saziş Dağıstan Dövlət Tibb Akademiyası nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində imzalanıb.
ATU-nun rektoru professor Gəray GəraybəyliDağıstan Dövlət Tibb Akademiyasının rektoru professor Süleyman Mammayevlə görüşdə qeyd edib ki, rəhbərlik etdiyi ali məktəb beynəlxalq əməkdaşlığın inkişafına böyük önəm verir. Təkcə Türkiyənin 16 universiteti ilə əməkdaşlığa dair qarşılıqlı müqavilələr imzalanıb.
G.Gəraybəyli vurğulayıb ki, beynəlxalq münasibətlər zamanı dil amili mühüm rol oynayır: “Bu baxımdan, Dağıstan universiteti ilə əməkdaşlıq bizim üçün daha rahat olacaq. Digər tərəfdən, Azərbaycanın Dağıstanla həmsərhəd olması da əlaqələri asanlaşdıran amillərdən biridir”, - deyə rektor bildirib.
Sonda professor G.Gəraybəyli həmkarını “ATU-nun xatirə medalı” ilə təltif edib.*
R.Babayev