Bakıda Azərbaycan və İraqın aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Bu barədəDövlət Mülki Aviasiya Administrasiyasından məlumat verilib.
“Danışıqlar zamanı tərəflər hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini, iki ölkə arasında müntəzəm sərnişin və yük uçuşlarının yerinə yetirilməsi perspektivlərini müzakirə ediblər. Görüşdə hər iki ölkənin təyin edilmiş aviaşirkətlərinin nümayəndələri iştirak ediblər”, - deyə məlumatda deyilir.
İraqın mülki aviasiya nümayəndə heyətiHeydər Əliyev Beynəlxalq Hava Limanının fəaliyyəti ilə də tanış olub. **
A.Əzizov