Azərbaycanda 135,762 min ailə ünvanlı dövlət sosial yardımı ilə təmin olunur.
“Hazırda ölkədə 583,8 min nəfər və ya 135,762 min ailə ünvanlı dövlət sosial yardım ilə əhatə olunub”, - deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəbhəri Elman Babayev məlumat verib.
Onun sözlərinə görə, cari ilin 15 fevral tarixindən tətbiqinə başlanılan Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) tərəfindən 121,508 min nəfər və ya 30,084 min ailəyə avtomatlaşdırılmış qaydada ünvanlı dövlət sosial yardımı təyinatı aparılıb. **
R.Babayev