2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 205,5 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bununla belə, sentyabrda Azərbaycanda 194,4 min kvadratmetr yaşayış sahəsi istismara verilib.
Statistik məlumatlara əsasən, cari ilin yanvar-sentyabr ayları ərzində mənzil tikintisinə investisiyalar 440,3 mln. manat təşkil edib (azalma 45,2%).
Xəbər verildiyi kimi, 2015-ci ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 927,2 min kvadratmetr təşkil edib, bu isə 2014-cü ilin göstəricisindən 12,3% azdır. **
A.Əzizov