Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitlərindən biznes subyektlərinə 2 mlrd. manat güzəştli kredit verilib. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən “Qeyri-neft ixracı: bu günün çağırışları və yeni imkanlar” mövzusunda konfransda bildirib.
"İndiyədək sahibkarlar 2 mlrd. manat məbləğində güzəştli kredit alıblar. Bu kreditlər 32 min investisiya layihəsinin maliyyələşdirilməsinə ayrılıb”, – deyə o qeyd edib.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 59 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 248,5 mln. manat məbləğində güzəştli kredit verilib. 2016-cı ildə bu məbləğ 250 mln. manat təşkil edəcək.*
A.Axundov