Azərbayan prezidenti İlham Əliyev Ağstafa raynuna səfəri çərçivəsndə bir sıra obyektlərin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Belə ki, prezident “Modern”mebel fabrikinin açılışında iştirak edib.
İ.Əliyev Ağstafada “Karvan-L EKO” sənaye parkındainşası başa çatdırılan müəssisələrin və istixana kompleksi, Musiqi Mərkəzi, Ağstafa Rayon Mədəniyyət Mərkəzinin açılışında iştirak edib.
Səfər çərçivəsində dövlət başçısı “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməlqoyma mərasimində iştirak edib.
Dövlət başçısına məlumat verildi ki, Ağstafa taxıl və un məmulatları istehsalı kombinatının inşasına 2015-ci ilin martında başlanılıb, tikinti işlərinin başa çatdırılması 2017-ci ilin may ayına nəzərdə tutulub. Kombinat 3 zavoddan ibarət olacaq. Bunlar “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı” zavodlarıdır.
Layihə çərçivəsində saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, ikimərtəbəli “fast food” iaşə obyekti, 140 yerlik yeraltı avtomobil dayanacağı, yem anbarı yaradılacaq.
Prezident yeni dəyirmanın təməlini qoydu. **
R.Babayev