Niderland şirkətləri Azərbaycan iqtisadiyyatına 330 mln. manat investisiya yatırıblar. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kerversi ilə görüşdə bildirib.
“Niderlandla kənd təsərrüfatı, sənaye, nəqliyyat, ekologiya, təhsil və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var. Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, quşçuluq, gülçülük və tərəvəzçiliyin inkişafında Niderlandın təcrübəsindən istifadə edə bilər”, - deyə nazir bəyan edib.
Ş.Mustafayev qeyd edib ki, iş adamlarının ölkəmizdə səmərəli fəaliyyəti üçün sənaye parklarında və zonalarında əlverişli şərait yaradılıb və Niderland şırkətləri bu inkanlardan yararlanmağa dəvət edib.
Səfiri O.Kerversi ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu və Niderland şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə maraq göstərdiyini qeyd edib. **
A.Axundov