Rəsmi Bakı ümid edir ki, Avropa İttifaqı ilə strateji tərəfdaşlığa dair Sazişin imzalanması ikitərəfli əlaqələri yeni səviyyəyə qaldıracaq. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
“Ümid edirik ki, Avropa İttifaqına təklif edilmiş strateji tərəfdaşlığa dair Saziş əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə qaldırılmasına imkan yaradacaq”, - deyə XİN-in yaydığı E.Məmmədyarovun “25 illik müstəqillik dövrünə baxış və xarici siyasətimizin çağdaş prioritetləri” adlı məqaləsində deyilir.
Nazir vurğulaylıb ki, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə diplomatik təmsilçiliyimizin coğrafiyası genişlənir.
“Azərbaycan Respublikasının Livan Respublikasında, Əlcəzair Xalq Demokratik Respublikasında səfirliyi və İraq Respublikasında diplomatik nümayəndəliyi fəaliyyətə başlayıb. Hazırda dünya boyunca Azərbaycanın 80-dən artıq diplomatik nümayəndəliyi mövcuddur”, - deyə E.Məmmədyarov qeyd edib. **
F.İsazadə