Azərbaycan hökuməti 2018-ci ildə adambaşına elektrik enerjisinin istehsalının həcmini 2500 kVt saata çatdımağı qarşısına möqsəd qoyub. Bu barədə energetika naziri Natiq Əliyev bəyan edib.
“Son on ildə regionlarda ümumi gücü 2000 MVt-a yaxın 17 elektrik stansiyası tikilib.
Beləliklə, energetika sektorunda uğurla həyata keçirilən tədbirlər nəticəsində ölkənin elektroenergetika sisteminin generasiya gücü 2015-ci ildə 7149 MVt-a çatdırılıb”, - deyə N.Əliyev “Respublika” qəzetində dərc olunan məqaləsində bildirib
Nazir qeyd edib ki, əsas məqsəd elektik enerjisi ilə təchizatın 100%ə çatdırılmasıdır.
“Hökumətin planlarına əsasən, 2020-ci ilədək əhalinin 99,9%-in elektrik enerjisindən istifadəsi mümkün olacaq və adambaşına elektrik enerjisinin istehsalı 2018-ci ildə 2500 kVt saata qədər artacaq”, - deyə o vurğulayıb.
N.Əliyev bəyan edib ki, ortamüddətli perspektivdə Azərbaycanda yeni elektrik stansiyaların istifadəyə verilməsi planlaşdırılır. “Yeni tikiləcək elektrik stansiyalarının hesabına energetika sistemin ümumi gücü 10000 MVt-dan yüksək həddə çatdırılmalıdır. Nəticədə ölkədə adambaşına düşən elektrik enerjisinin həcmi Avropanın inkişaf etmiş ölkələrinin göstəricisi səviyyəsinə qədər yüksələrək, 3600 kVt saatdan artıq olacaq”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, əsas vəzifələrdən biri elektik enerjisi itkisinin səviyyəsinin azaldılmasıdır. **
A.Əzizov