2016-cı il oktyabrın 1-nə Azərbaycanda elektron imzaya malik hüquqi və fiziki şəxslərin sayı 97,124 min təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Oktyabrın 1-nə olan vəziyyətə görə, 16,526 min hüquqi şəxs, 16,59 min sıravi vətəndaş və 64,008 min dövlət orqanları əməkdaşları elektron imzaya malikdir.
Bu ilin yanvar-sentyabr aylarında 19,892 min fiziki və hüquqi şəxs, o cümlədən 772 fiziki və 2,65 min hüquqi şəxs və 16,47 min dövlət orqanları əməkdaşı elektron imza alıb.
Xəbər verildiyi kimi, 2015-ci ildə elektron imzalardan istifadə olunmaqla 4 mln.-dan çox sənəd imzalanıb.*
A.Əzizov