“Şəmkir” su elektrik stansiyası (SES) silsiləsi 2016-cı ilin yanvar-sentyabr aylarında 603,9 mln. kVt/saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 20,7% azdır. Bu barədə “Azərenerji” ASC-nin məlumatında bildirilir.
Sentyabr ayında “Şəmkir” SES silsiləsi 29,8 mln. kVt/saat elektrik enerjisi istehsal edib.
2015-ci ildə “Şəmkir” SES silsiləsində istehsal olunan elektrik enerjisinin həcmi 934 mln. kVt/saat təşkil edib.
A.Əzizov