Beynəlxalq güclər Dağlıq Qarabağ münaqişəsinin həlli naminə öz səylərini bir az da artırmaq imitasiyası nümayiş etdirirlər. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov belə hesab edir.
“Təəssüf ki, Azərbaycanın öz torpaqlarını istənilən yolla azad etmək hüququnu bəyan etməsi hər dəfə beynəlxalq güclərin etirazı ilə qarşılaşır və onlar münaqişənin həlli naminə öz səylərini bir az da artırmaq imitasiyası nümayiş etdirirlər”, - deyə o, yerli KİV-ə müsahibəsində bildirib.
“Azərbaycanbeynəlxalq hüququn əsas prinsiplərini əsas tutaraqöz milli haqlarını reallaşdırmaq məqsədilə Dağlıq Qarabağda yaşayan ermənilərə “yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər hansı muxtariyyət statusunun verilə biləcəyini” bəyan edir”, - deyə prezidentin köməkçisi əlavə edib.
Ə.Həsənov vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsi regionun iqtisadi, siyasi tərəfdaşlıq mühitinə, sülhün və təhlükəsizliyin təmin olunmasına maneçilik törədən başlıca amildir.*
R.Babayev