2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 21 mlrd. 85,7 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali ticarət obyektlərindən 10 mlrd. 503,6 mln. manatlıq ərzaq (2015-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 3,1%), 10 mlrd. 582,1 mln. manatlıq qeyri-ərzaq malları (artım 0,9%) alıb.
Yanvar-sentyabr aylarında Azərbaycan əhalisinə 5 mlrd. 410,8 mln. manat məbləğində xidmət göstərilib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 0,6% çoxdur. Bununla yanaşı, bütün xidmətlərin 73,6%-i və ya 3 mlrd. 979,8 mln. manatlıq xidmət hüquqi şəxslər tərəfindən göstərilib.**
A.Axundov