2016-cı ilin yanvar-avqust aylarında Azərbaycana 953,6 min ton buğda idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata əsasən, respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $178 mln. 981 min (azalma 17,2%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $105 mln. 289,7 min dəyərində 255,3 min ton şəkər xammalı və şəkər (artım 39,2%), $72 mln. 407,4 min dəyərində 82 min 676,9 ton bitki yağı (artım 9,7%), $26 mln. 687,9 min dəyərində 7 min 886,5 ton çay (artım 86,5%), $33 mln. 358,9 min dəyərində 9 min 718,9 ton kərə yağı və süd (artım 26,6%) idxal edilib.
Yanvar-sentyabr aylarında respublikaya $40 mln. 69,3 min dəyərində 44 min 465,6 ton meyvə (azalma 2,3%), $15 mln. 31 min dəyərində 40 min 170,5 ton tərəvəz (artım 1,9 dəfə), $20 mln. 662,9 min dəyərində 110,7 min ton kartof (artım 40,9%) idxal edilib.
Hesabat dövründə ölkədən $86 mln. 276,3 min dəyərində (artım 60,9%) 95 min 189,6 ton tərəvəz (artım 43,5%), $86 mln. 461,1 min dəyərində (artım 26,1%) 55 min 497,6 ton meyvə (artım 29,2%), $15 mln. 781,2 min dəyərində (azalma 24,4%) 38 min 203,1 ton kartof (artım 4,5%), $3 mln. 945,1 min dəyərində (azalma 64,1%) 743,7 ton çay (azalma 68,9%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $42 mln. 349,5 min dəyərində (azalma 72,2%) 74 min 664,9 ton şəkər (azalma 48,3%), $6 mln. 548,8 min dəyərində (azalma 82,6%) 6 min 468,4 ton bitki yağı (azalma 57,8%) ixrac edilib.*
A.Əzizov