Fransa ATƏT-in Minsk qrupunun həmsədrini dəyişib.
Fransanın hökumət saytının verdiyi xəbərə görə, Pyer Andriyeni vasitəçi postunda Stefan Viskonti əvəz edib.
ATƏT-in Minsk qrupu 1992-ci ildə Dağlıq Qarabağmünaqişəsininsülh yolu ilə həlli üçün yaradılıb. Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya və Türkiyə qrupun üzvləri, Rusiya, Fransa və ABŞ isə həmsədrləridir. *