“Aqrolizinq” ASC traktor və özüyeriyənkənd təsərrüfatı texnikasının sığortası məqsədilə sığorta şirkətinin seçiminə dair təkrar tender elan edib. Bu barədə ASC-dən məlumat verilib.
Tenderdə iştirakın dəyəri 300 manat təşkil edir.
Tender təkliflərinin qiymətləndirilməsi zamanı aşağı qiymət, müqavilənin şərtləri və müddətində icra olunması.
Təkliflərin qəbulu 5 dekbar tarixinə qədər həyata keçiriləcək. Təkliflərin qiymətləndirilməsi dekabrın 6-da baş tutacaq.
Xəbər verildiyi kimi, avqust ayında “Aqrolizinq” kənd təsərrüfatı texnikasının sığortaçısı seçiminə dair tender elan edib. Lakin oktyabrın əvvəlində “Aqrolizinq” ASC traktor və özüyeriyənkənd təsərrüfatı texnikasının sığortası məqsədilə sığorta şirkətinin seçiminə dair tenderi baş tutmamış hesab edib. Səbəb tenderdə 3-dən az şirkətin təkliflərini təqdim etməsidir.
“Aqrolizinq” Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir. **
A.Əzizov