Bağlanmış 10 bankın əmanətçiləri ümumilikdə 527,259 mln. manatdan çox kompensasiya alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əmanətlərin Sığortalanması Fondundan (ADİF) məlumat verilib.
Oktyabrın 11-dən “Bank Standard”ın əmanətçilərinə 261,624 mln. manatdan çox kompensasiya ödənilib.
"Texnikabank"ın əmanətçilərinə 119,977 mln. manat, “Bank of Azerbaijan”ın əmanətçilərinə 24,091 mln. manat, “Gəncəbank”ın əmanətçilərinə 969 min manatdan çox vəsait ödənilib.
Bundan başqa, “Zaminbank”ın əmanətçiləri 50,98 mln. manat, “Parabank”ın əmanətçiləri 32,821 mln. manat, “Kredobank”ın əmanətçiləri 18,07 mln. manat, “Dekabank”ın əmanətçiləri 2,85 mln. manatdan çox kompensasiya alıblar.
“Atrabank”ın əmanətçilərinə 14 mln. manat, "Qafqaz İnkişaf Bankı”nın əmanətçilərinə 1,876 mln. manat kompensasiya ödənilib.*
A.Əzizov