İcbari Sığorta Bürosu "Audatex Azerbaijan" ilə şirkətin kapitalında 5% pay əldə etmək barədə saziş imzalayıb. Bu barədə İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Audatex Azerbaijan"ın nizamnamə kapitalı 15 min manat təşkil edir. Biz kapitalın 5%-ni - 750 manat ödəniş həyata keçirəcəyik. İştirakımız şirkətin yerli bazarda fəaliyyətində maraqlı olduğumuza yönəlib”, - deyə E.Quliyev bəyan edib.
O qeyd edib ki, hazırda “Audatex”in xidmətlərindən istifadə lazımi səviyədə deyil. “Şirkətin rəhbərliyi ilə bu məsələni müzakirə etdik. Rəhbərlik tələbatı artırmçaq məqsəidlə xidmət haqqını aşağı salmağa dair qərar qəbul edib. Əgər əvvəllər xidmətlərin qiyməti avro ilə hesablanırdısa, indi bu manatla olacaq, bu da xidmət haqqının təxminən iki dəfə ucuzlaşmasına səbəb olacaq”, - deyə E.Quliyev vurğulayıb. **
A.Axundov