Azərbaycan nümayəndələri Özbəkistanda prezident seçkilərini müşahidə edəcəklər. Bu barədə Özbəkistanın Bakıdakı səfirinin müavini Cahangir Aminov bəyan edib.
“Ənənəvi olaraq, Azərbaycan Özbəkisanda seçki proseslərində müşahidəçi qismində iştirak edir. Hazırda Özbəkistanda keçiriləcək prezident seçkilərində Bakının hansı səviyyədə müçahidə edəcəyi aydın deyil”, - deyə C.Aminov mətbuat konfransında bildirib.
Həmçinin diplomat məlumat verib ki, ATƏT-inDemokratikTəsisatlar və İnsan Haqları İnstitutu, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Ümumdünya SeçkiTəşkilatına seçkiləri müşahidə etmək məqsədilə dəvət göndərilib.
Sosial-demokrat “Ədalət” partiyasından Nəriman Umarov, Xalq-demokratik partiyasından Hotamcan Ketmonov, Özbəkistanın Demokratik partiyasından Sərvər Otamuratov, Liberal-demokratik partiyasından Şövkət Mirziyeyev prezident postuna namizədliklərini irəli sürüblər.
Prezident seçkiləri dekabrın 4-də keçiriləcək.
Özbəkistan prezidenti İslam Kərimov 2 sentyabr tarixində 78 yaşında vəfat edib. Baş nazir Şövkət Mirziyeyev prezident vəzifələrini icra edir. **
F.İsazadə