Azərbaycanda qida məhsullarının istehsalı ilə məşğul olan bir neçə iri şirkət Daşkənddə 1-ci Beynəlxalq meyvə-tərəvəz yarmarkasına dəvət edilib. Bu barədə Özbəkistanın Azərbaycandakı səfirinin müavini Cahangir Aminov məlumat verib.
"Azərbaycanın bir neçə iri şirkəti, xüsusilə “Azesun” və digərləri 8-10 noyabr tarixlərində Daşkənddə keçiriləcək Beynəlxalq meyvə-tərəvəz yarmarkasında iştirak etməyə dəvət edilib", - o, bu gün Bakıda keçirilən mətbuat konfransında bildirib.
C.Aminovun sözlərinə görə, özbək tərəfi hazırda şirkətlərin yarmarkada iştiraklarını təsdiq etməsini gözləyir.
Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərə toxunan səfirin müavini onları "dinamik inkişaf edən münasibətlər kimi xarakterizə edib. "Ölkələrimiz arasında münasibətlər dinamik inkişaf edir, siyasi və iqtisadi sahədə fəal əməkdaşlıq mövcuddur", - deyə o qeyd edib.
Diplomat iki ölkə arasında əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əminlik ifadə edib.*
F.İsazadə
президент Милош Земан, в ходе которого мы подписали меморандум о стратегическом партнерстве", - напомнил дипломат.
Посол отметил, что в 2017 году Азербайджан посетит председатель Сената Чехии Милан Штех и министр образования Екатерина Валахова.
Ф.Исазаде