Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber oktyabrın 25-də Azərbaycana 3 günlük səfərə gələcək.
«Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi H.Zalber gələn həftə Azərbaycana səfərə gələcək», - deyə Aİ-nin Bakı nümayəndəliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Səfər çərçivəsində H.Zalber Bakıda rəsmi şəxslərlə ikitərəfli əlaqələrin inkişafı məsələlərini, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edəcək.*
R.Babayev