Çexiya 2017-ci ildə Azərbaycan prezidenti Ilham Əliyevin Praqaya rəsmi səfər edəcəyinə ümid edir. Bu barədə Çexiyanın Bakıdakı səfiri Vitezslav Pivonka bəyan edib.
“Bu il cənab İlham Əliyevə dəvət hazırlanacaq. Prezidentinizin artıq 2017-ci ildə Çexiyaya səfər edəcəyinə ümid edirik”, - deyə səfir bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, razılığa əsasən, hər iki ildən bir prezisdentçər səviyyəsində qarşılıqlı səfərlər təşkil olunur.
“Ötən il Çexiya prezidenti Miloş Zeman Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində strateji tərəfdaşlığa dair memorandum imzalanıb”, - deyə diplomat xatırladıb.
Səfir qeyd edib ki, 2017-ci ildə Çexiya ParlamentiSenatının sədri Milan Ştex və təhsil naziri Yekaterina Valaxova Azərbaycana səfər edəcəklər. **
F.İsazadə