Venesuela prezidenti Nikolas Maduro Azərbaycana səfər etmək niyyətindədir. Bu barədə Deutsche Welle nəşri prezidentin VTV dövlət telekanalında çıxışına istinadən məlumat verib.
“Maduro neft ixracatçısı ölkələrə tura başlayır. Turnenin məqsədi neft hasilatının dondurulması və bununla da neftin qiymətinin bahalaşmasına nail olmaqdır. N.Maduro Azərbaycanla yanaşı, Səudiyyə Ərəbistanı, İran və Qətərə səfər edəcək”, - deyə nəşr qeyd edib.
N.Maduro ilk səfər edəcəyi ölkəni və turnenin müddətini dəqiqləşdirməyib, lakin qeyd edib ki, “tezliklə qayıdacaq”.
Nəşr vurğulayıb ki, N.Maduro bir barrel neftin $70 olmasını ədalətli hesab edir, baxmayaraq ki, hazırda Venesuela neftinin qiyməti bir barrel üçün $43 təşkil edir. **
A.Axundov