ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Azərbaycana səfəri münaqişə tərəflərinin mövqelərinin yaxınlaşmasına yönəlib. Bu barədə ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta bəyan edib.
“ABŞ-ın Qarabağ münaqişəsi məsələsində mövqeyi dəyişməz olaraq qalır. Münaqişənin nizamlanmasına dair Azərbaycan və Ermənistanla işi davam etdiririk. Sabah ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlik Azərbaycana səfərə gələrək tərəfləri yaxınlaşdırmaq məqsədilə danışıqlar aparacaq”, - deyə R.Sekuta bildirib.
O həmçinin qeyd edib ki, Azərbaycan və ABŞ arasında diplomatik əlaqələr yaxşı səviyyədədir. “Hər iki tərəf çalışıb və bu münasibətıərin inkişafı üşün addımlar atıb. Deyə bilərəm ki, hazırki mərhələdə bu əlaqələr çox möhkəmdir. Digər tərəfdən, əlaqələrin daha da yaxşılaşması üçün daha çox çalışmaq mümkündür”, - deyə o vurğulayıb. **
F.İsazadə