Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsinə sadiqlik nümayiş etdirməlidir. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik belə hesab edir.
Prezidentlər İ.Əliev və S.Sarqsyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsinə sadiqlik nümayiş etdirməli və bu istiqamətdə hərəkət etməlidirlər", - deyə o, oktyabrın 22-də Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Həmsədr qeyd edib ki, Azərbaycan prezidenti artıq münaqişənin sülh yolu ilə nizamlanması məsələsinə sadiqlik nümayiş etdirib və erməni həımkarı ilə görüşə hazır olduğunu bildirib.*
F.İsazadə