İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 10 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər həlak olub, 11 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şənbə və bazar günləri 150 cinayət faktı qeydə alınıb, onların 49-u “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 67 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.*
R.Babayev