Malta Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Malta prezidenti Mari-Luiz Koleyro Preke bəyan edib.
«Malta Azərbaycanla əməkdaşlığın inkişafına önəm verir», - deyə o, Azərbaycanın Maltaya yeni təyin olunmuş səfiri Məmməd Əhmədzadə ilə görüşdə bildirib.
Tərəflər əlaqələrin inkişafı perspektivlərini, 2017-ci ilin birinci yarısında Malta Respublikasının Avropa İttifaqına sədrliyi dövründə Azərbaycan-Aİ əməkdaşlığına verə biləcəyi töhfə müzakirə olunub.
Səfir etimadnaməsini ölkə prezidentinə təqdim edib.
Bundan əlavə, M.Əhmədzadə bu ölkənin xarici işlər naziri Corc Vella, Malta Parlamentinin sədri Ancelo Farruca, parlamentin xarici əlaqələr komitəsinin rəhbəri Luçano Busuttil, Azərbaycanla parlamentlərası dostluq qrupunun rəhbəri Kris Acus ilə də görüşlər keçirib.
"Görüşdə münasibətlərin cari durumu və perspektivləri, regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb", - deyə məlumatda qeyd olunur.*
F.İsazadə