“Azərbaycan Beynəlxalq Bankı” ASC yeni inkişaf strategiyası çərçivəsində biznes proseslərinin səmərəliliyini artırır. Bu barədə bankdan məlumat verilib.
“Azərbaycan Beynəlxalq Bankı”nda “Office 365” proqramının tətbiqinə başlanılıb. Layihə proqram təminatı bazarının liderlərindən olan “Softline” şirkəti ilə əməkdaşlıq çərçivəsində yerinə yetirilib”, - deyə məlumatda deyilir.
Proqramın tətbiqi bank əməkdaşları arasında daha operativ kommunikasiyaya, tapşırıqların icrasına sərf olunan vaxtın və sənəd dövriyyəsi üçün tələb olunan izafi xərclərin azalmasına şərait yaradır.
“Lazımi elektron sənədlərə stasionar və mobil qurğular vasitəsilə çıxış imkanı verir. Bu yeni həll bank əməkdaşlarının daha rahat və operativ şəraitdə çalışmasını təmin etməklə biznes proseslərinin səmərəliliyini artırır”, - deyə məlumatda vurğulanır. **
A.Əzizov