Birləşmiş Millətlər Təşkilatı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır. Bu barədə BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi Qulam İsakzai bəyan edib.
“BMT iki ölkə arasında münaqişənin sülh yolu ilə nizamlanmasının şahidi olmaq istəyir. Biz ATƏT-in Minsk qrupunun bu istiqamətdə səylərini dəstəkləyirik. Vasitəçilərin vəzifəsinə münaqişənin sülh yolu ilə nizamlanması həllinin hazırlnamsı daxildir”, - deyə Q.İsakzai bazar ertəsi jurnalistlərə bildirib.
Hazırda münaqişə tərəfləri ilə problemin həllini müzakirə etmək məqsədilə ATƏT-in Minsk qrupunun həmsədrləri regionda səfərdədirlər. **
F.İsazadə